SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda tibb işçilərinin əmək haqları ödənilmir

2026.09.08, 14:33
Qərbi Azərbaycanda tibb işçilərinin əmək haqları ödənilmir

Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir.

Gunaz.tv

Bu haqda Qərbi Azərbaycan Tibb İşçiləri Evinin əyalət valisi Rza Rəhmaniyə yazdığı açıq məktubda deyilib.

Məktub müəllifləri 7 aydır əmək haqqı ala bilməyən işçilərin məişət problemlərinin dözülməz həddə çatdığını yazıblar.

"Bir çox həmkarlar əsas həyat ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər və inflyasiya və artan yaşayış xərcləri qarşısında aldıqları maaşlar minimum yaşayış səviyyəsinə cavab vermir",- məktubda bildirilib.

Onlar əmək haqlarından başqa nəzərdə tutulan bəzi əlavə ödənişlərin isə 2 il gecikdirildiyini də qeyd ediblər. 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar