SON XƏBƏRLƏR

İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək

2026.09.08, 16:16
İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək

Universitetlər üçün yeni hicab qaydaları tezliklə açıqlanacaq. Ali təhsil müəssisələri ilə intensiv görüşlər bu sahədə birgə mətnin hazırlanmasına səbəb olub.

Gunaz.tv

Bu haqda İran Elm və Səhiyyə Nazirliyi məlumat yayıb.

İran rəhbərinin Universitetlər üzrə nümayəndəliklər Təşkilatının mədəniyyət işləri şöbəsinin müdir müavini Səid Kərəmi məsələ ilə bağlı açıqlama verib:

"Mövcud qaydaların tətbiqindən sonra hicabsızlıqla bağlı küçələrdə müşahidə etdiyimiz acı halları universitetlərdə görməyəcəyik”.

Qeyri-rəsmi məlumatlarda yeni qaydaların universitetlərdə qız tələbələr arasında məcburi hicab qaydalarının sərtləşdirikməsi ilə bağlı olduğu bildirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar