SON XƏBƏRLƏR

The Economist: İranın Yaxın Şərqdəki proksi qrupları Tehrandan uzaqlaşır

2026.09.08, 19:34
The Economist: İranın Yaxın Şərqdəki proksi qrupları Tehrandan uzaqlaşır

Gunaz.tv

“The Economist” jurnalı analitik hesabatında İranın Yaxın Şərqdəki proksi qrupları üzərində təsirinin zəiflədiyini yazıb.

Jurnal Livan Hizbullahı, Yəmən husiləri, İraqdakı şiə silahlı qrupları və HƏMAS-ın vəziyyətini təhlil edərək bildirib ki, bu qruplar əvvəlki dövrlə müqayisədə Tehrandan daha çox uzaqlaşıb.

“The Economist” Həsən Nəsrullah və bir sıra Hizbullah komandirlərinin öldürülməsindən sonra bu qruplaşmanın zəifləməsinə, bəzi İraq qruplarının Tehranla fikir ayrılıqlarının artmasına və husilərin öz müstəqilliklərini vurğulamasına diqqət çəkərək, İranın “Müqavimət oxu” üzərində təsirinin azaldığını qeyd edib.

Jurnal həmçinin yazıb ki, İranın maliyyə imkanlarının və resurslarının azalması Tehranın proksi şəbəkəsini əvvəlki formada bərpa etməsini çətinləşdirir.

“The Economist” hazırkı vəziyyəti Sovet İttifaqının son illəri ilə müqayisə edib. Jurnalın fikrincə, Moskvanın peyk ölkələrinə maliyyə və siyasi dəstəyinin azalması nəticədə onların Sovet İttifaqından tədricən uzaqlaşmasına səbəb olmuşdu.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar