SON XƏBƏRLƏR

Middle East Eye: Tramp Tehrana razılaşmaya qayıtmayacağını bildirib

2026.09.09, 18:34
Middle East Eye: Tramp Tehrana razılaşmaya qayıtmayacağını bildirib

Gunaz.tv

Tramp Pakistan və Qətər vasitəsilə Tehrana əvvəlki razılaşmaya qayıtmayacağı barədə mesaj göndərib.

“Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da İran hökumətinə yaxın iki mənbəyə istinadən yazıb ki, ABŞ Prezidenti Donald Tramp bu mesajı Pakistan və Qətər rəsmiləri vasitəsilə Tehrana çatdırıb.

Məlumata görə, Pakistan ordusunun komandanı Asim Münir bir həfta öncə Tehran səfəri zamanı Trampın mesajını İran rəsmilərinə çatdıraraq deyib: “Mən əvvəlki anlaşmaya qayıtmayacağam.”

Üç gün sonra isə Qətərin yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkənin Baş naziri İrana səfər edərək eyni mesajı çatdırıblar.

“Middle East Eye”in mənbələri bildiriblər ki, İran rəsmiləri Pakistan və Qətər tərəfinə yalnız mövcud anlaşmanı qəbul etdiklərini və başqa bir razılaşmaya getməyə hazır olmadıqlarını bildiriblər.

Sayt həmçinin yazıb ki, Qətərdən Əli əl-Təvadi rəhbərliyində olan nümayəndə heyəti sentyabrın 6-da elan olunmamış səfərlə Tehrana gedib və Trampın əvvəlki anlaşmaya qayıtmaqdan imtina etdiyi barədə mesajı bir daha İran rəsmilərinə çatdırıb.

 

Gunaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar