SON XƏBƏRLƏR

Tehrana qarşı yeni addım: İranın nüvə işi BMT-yə göndərildi

2026.09.09, 21:35
Tehrana qarşı yeni addım: İranın nüvə işi BMT-yə göndərildi

MAQATE Rəhbərlər Şurası İranın nüvə işinin BMT Təhlükəsizlik Şurasına göndərilməsini təsdiqləyib.

Gunaz.tv

Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurası çərşənbə günü, sentyabrın 9-da, müfəttişlərin İranın nüvə obyektlərinə çıxışının məhdudlaşdırılması səbəbilə İranın işinin BMT Təhlükəsizlik Şurasına göndərilməsi barədə qətnamə qəbul edib.

ABŞ, Britaniya, Fransa və Almaniyanın təqdim etdiyi qətnamə 23 lehinə, 8 bitərəf və Çin, Rusiya və Nigerin 3 əleyhinə səsi ilə qəbul olunub.

İranın BMT-dəki nümayəndəliyi qətnaməni “siyasi və qərəzli” adlandıraraq pisləyib. İran, Çin və Rusiya da səsvermədən əvvəl müfəttişlərin girişinə maneçilik törədilməsi ilə bağlı ittihamları “reallıqdan uzaq və siyasi motivli” hesab edib.

Çin və Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olması səbəbilə şuranın Tehranla bağlı hansı addımı atacağı hələ məlum deyil.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar