SON XƏBƏRLƏR

İranda kağız və yazı ləvazimatı yenidən bahalaşdı

2026.09.10, 15:46
İranda kağız və yazı ləvazimatı yenidən bahalaşdı

Son bir ay ərzində İranda kağız və yazı ləvazimatının qiyməti yenidən artıb, kağız 300 faiz, yazı ləvazimatı isə 200 faiz bahalaşıb.

Gunaz.tv

Bu barədə İra mediası məlumat yayıb.

İran Yazı Ləvazimatı Cəmiyyətinin başçısı Mehdi Kəlantəri qiymət artımının gözlənilməz olduğunu bildirib:

"Yeni məhsulların yayım və idxalat xərcləri ilə keçən ildən qalan mallar arasında böyük fərq, bazarda qiymətlər arasında böyük fərq yaradıb".

Kəlantəri daxili istehsalatın bazardakı payının 60% olduğunu deyib.

Bunun dolların İran pulu qarşısında kəskin bahalaşması ilə bağlı olduğu bildirilib:

"Yerli dəftərxana və məktəb ləvazimatları istehsalının xarici xammaldan asılı olduğu üçün dolların qiymətindəki artım məktəb ləvazimatlarının istehsalına və qiymətinə dolayı yolla təsir edir".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar