SON XƏBƏRLƏR

Londonda İranla əlaqəli fəaliyyətlərə görə iki nəfər saxlanılıb

2026.09.10, 17:37
Londonda İranla əlaqəli fəaliyyətlərə görə iki nəfər saxlanılıb

Gunaz.tv

Britaniya polisi İranla əlaqəli fəaliyyətlərlə bağlı araşdırma çərçivəsində iki nəfəri saxlayıb.

London Metropolitan Polisi bildirib ki, iki nəfər İranla əlaqəli cinayətlər törətməkdə və Britaniyanın milli təhlükəsizlik qanununu pozmaqda şübhəli bilinərək saxlanılıb.

Polis vurğulayıb ki, araşdırmanın son aylarda yəhudi və Britaniyada yaşayan İran icması ilə əlaqəli məkan və binalarda baş vermiş hadisələrlə heç bir əlaqəsi yoxdur.

Saxlanılan şəxslərin kimliyi və onlara qarşı irəli sürülən ittihamların mahiyyəti barədə hələlik əlavə məlumat açıqlanmayıb.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar