SON XƏBƏRLƏR

İranda rabitə xidməti tarifləri artdı

2026.09.11, 11:49
İranda rabitə xidməti tarifləri artdı

Ölkədəki bəzi rabitə xidmətlərinin tarifləri 11 sentyabr günündən etibarən 45% artacaq.

Gunaz.tv

Bu barədə İran Telekommunikasiya Şirkəti məlumat yayıb.

Şirkətin açıqlamasına görə, mobil operatorlarla stasionar zənglər üçün tarif 625 rialdan 906 riala qədər artacaq.

İran Telekommunikasiya Şirkəti bildirib ki, bu dəyişikliyin maliyyə və gəlir təsirləri hələlik aydın deyil və şirkətin dövri maliyyə hesabatlarında açıqlanacaq.

Rabitə tariflərinin artması Mərkəzi Bankın da bu yaxınlarda bir sıra bank xidmətləri üçün rüsumları artırdığı bir vaxta təsadüf edir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar