SON XƏBƏRLƏR

Katz: Hizbullahın tunelləri 15 il ərzində İranın dəstəyi ilə tikilib

2026.09.11, 20:32
Katz: Hizbullahın tunelləri 15 il ərzində İranın dəstəyi ilə tikilib

İsrailin müdafiə naziri ordunun Hizbullaha qarşı hücumları davam etdirəcəyini bildirib.

Gunaz.tv

İsrailin müdafiə naziri İsrael Katz “Əli Tahir” yüksəkliklərindəki tunellərin məhv edilməsindən sonra bildirib ki, bu tunellər 15 il ərzində İranın maliyyə və dəstəyi ilə tikilib və Hizbullah üçün möhkəm baza kimi istifadə olunub.

Katz İsrail ordusunun Hizbullaha qarşı hücumlarını davam etdirəcəyini vurğulayıb və qrupun baza və irəli mövqelər kimi istifadə etdiyi tunel və evlərin partladılaraq məhv ediləcəyini deyib.

O, həmçinin bildirib ki, bu əməliyyatların nəticəsində qərbdəki sahilyanı ərazilərdən şərqdəki “Şəqif” və “Cəbəl əl-Şeyx” bölgələrinə qədər uzanan “möhkəm və misli görünməmiş” təhlükəsizlik zonası yaradılıb.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar