SON XƏBƏRLƏR

İranda Əlillərə yardım dayandırıldı; Sanitar vasitələr 3 dəfə bahalaşdı

2026.09.15, 18:35
İranda Əlillərə yardım dayandırıldı; Sanitar vasitələr 3 dəfə bahalaşdı

Əlilliyi olan şəxslər üçün sanitar vasitələrə ayrılan müavinətlərin ödənilməsi də dayandırılıb.

Gunaz.tv

İran parlamentinin Səhiyyə və Müalicə Komissiyasının sözçüsü Salman İshaqi son iki ay ərzində onurğa beyni zədələnmiş şəxslərin istifadə etdiyi bəzi sanitar vasitələrin qiymətinin 2-3 dəfə artdığını bildirib.

Gunaz TV-nin məlumatına görə, İshaqi İranda təxminən 45 min nəfərin onurğa beyni zədələnməsi ilə yaşadığını və sanitar vasitələrin bahalaşmasının onların ailələrinə ciddi maliyyə yükü yaratdığını deyib. Onun sözlərinə görə, bəzi şəxslər bahalaşma səbəbindən birdəfəlik istifadə üçün nəzərdə tutulan vasitələrdən bir neçə dəfə istifadə etməyə məcbur qalıb. Bu vəziyyət bəzi hallarda infeksiya və ikinci dərəcəli yaralara səbəb olub.

Eyni zamanda, Əlillər Kampaniyasının rəhbəri Behruz Məruti təxminən 13 min ağır və çox ağır əlilliyi olan şəxsə sanitar vasitələr üçün ödənilən müavinətin ötən aydan dayandırıldığını açıqlayıb.

İshaqi Rifah Təşkilatının aylıq yardımının 2 milyon 500 min tümən olduğunu bildirərək bu məbləğin artırılmasını tələb edib. Məruti isə ödənişlərin dayandırılmasına səbəb kimi bəzi şəxslərin sənədlərində “şərtlərə uyğunluğun təsdiqi kodunun” olmamasının göstərildiyini deyib və yaranmış vəziyyətə görə məsuliyyəti Rifah Təşkilatının üzərinə qoyub.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar