SON XƏBƏRLƏR

İran rəsmiləri: ABŞ-la heç bir danışıqlar aparılmır

2026.09.15, 19:38
İran rəsmiləri: ABŞ-la heç bir danışıqlar aparılmır

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bazar ertəsi, bildirib ki, İranın şərtləri yerinə yetirilməyənədək ABŞ-la heç bir danışıqlar aparılmayacaq.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Rzayi ABŞ prezidenti Donald Trampın İranın danışıqlar təklifinin nəzərdən keçirildiyini bildirməsinə münasibət bildirərək, prezidentin mesajlarını “ziddiyyətli siqnallar” adlandırıb və yazıb: “Diqqətiniz yayınmasın.”

O həmçinin “neft və boğazlarla bağlı hesablamaların dəyişdiyini” iddia edib və əlavə edib: “Nəticələri nəzarətdə saxlamaq üçün çabalamaq qarşıda olanların qarşısını ala bilməyəcək.” Rzayi bu iddiasına dair əlavə açıqlama verməyib.

Bu açıqlamalar İran rəsmilərinin son həftələrdə ABŞ-la danışıqların bərpasında maraqlı olmadıqlarını bildirdikləri bir vaxtda səslənib. Bununla belə, İran prezidenti Məsud Pezeşkian ötən həftə ABŞ-ın İslamabad anlaşmasına qayıtması halında Tehranın da öz öhdəliklərini bərpa etməyə hazır olduğunu deyib.

İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Məhəbi daha əvvəl müharibənin dayandırılması üçün İranın dörd şərtini açıqlamışdı. Bu şərtlərə ABŞ-ın hücum və təhdidlərinin dayandırılması, İsrail ordusunun Cənubi Livandan geri çəkilməsi, İranın dondurulmuş 24 milyard dollarlıq vəsaitlərinin azad edilməsi və İranın nüvə və raket proqramlarına müdaxilə edilməməsi daxildir.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar