SON XƏBƏRLƏR

Güney Azərbaycanın şəhərlərində etirazçılar edam təhlükəsi ilə üz-üzədir

2026.09.15, 20:35
Güney Azərbaycanın şəhərlərində etirazçılar edam təhlükəsi ilə üz-üzədir

İran İnsan Haqları Təşkilatlarının məlumatına görə, yanvar etirazları zamanı həbs edilən azı 100 etirazçı İranın 13 əyalətində edam cəzası ilə üz-üzədir.

Gunaz.tv

Təşkilatların yaydığı siyahıda Ərdəbil və Qəzvin əyalətləri də yer alır. Hər iki əyalətdə bir etirazçı barəsində edam hökmü qeydə alınıb.

27 yaşlı Ərdəbilin Parsabad şəhərindən olan Arian Səlimi hazırda Ərdəbil Mərkəzi Həbsxanasında saxlanılır və “moharebeh” ittihamı ilə edama məhkum edilib. Ailəsinin bildirdiyinə görə, Arian etirazların baş verdiyi iki gün ərzində ümumiyyətlə Ərdəbildə olmayıb və babasının yaşadığı kənddə olub.

Qəzvin əyalətində isə 32 yaşlı Kamalxan Babayi Qəzvin Mərkəzi Həbsxanasında saxlanılır və “moharebeh” ittihamı ilə edam cəzasına məhkum edilib.

Hesabata əsasən, edam təhlükəsi ilə üzləşən şəxslərdən ən azı beşi ittiham olunan əməllər zamanı 18 yaşından kiçik olub. Siyahıda beş qadının da adı yer alır.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar