SON XƏBƏRLƏR

Berlində İrana qarşı yeni cəbhə – 7 ərəb ölkəsinin generalı gizli toplantıda

2026.09.16, 11:16
Berlində İrana qarşı yeni cəbhə – 7 ərəb ölkəsinin generalı gizli toplantıda

ABŞ, İsrail və yeddi ərəb ölkəsinin yüksək rütbəli hərbi rəhbərləri Almaniyada qapalı toplantı keçirərək İranla bağlı vəziyyəti və regiondakı hərbi məsələləri müzakirə ediblər.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, görüş ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper tərəfindən təşkil olunub.

Kuperlə yanaşı, toplantıda İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misirin yüksək rütbəli hərbi rəhbərləri iştirak ediblər.

Mənbələrin məlumatına görə, Kuper iştirakçıları əmin edib ki, ABŞ hərbi qüvvələrini regiondan çıxarmaq niyyətində deyil. O, həmçinin ABŞ-nin Hörmüz boğazından gəmi keçidlərini genişləndirmək planı barədə məlumat verib.

İsrailli rəsminin sözlərinə görə, İsrail ordusunun Baş Qərargah rəisi tərəfdaşları ordunun müxtəlif cəbhələrdə apardığı əməliyyatlar barədə məlumatlandırıb.

CENTCOM görüşün keçirildiyini təsdiqləyərək Almaniyada planlaşdırılmış konfrans çərçivəsində yeddi ölkənin yüksək rütbəli hərbi rəhbərlərini qəbul etdiyini açıqlayıb.

Mənbənin sözlərinə görə, tərəflər İsrailin husilərə qarşı Səudiyyə Ərəbistanının hərbi əməliyyatlarına necə dəstək verə biləcəyini, eləcə də kəşfiyyat sahəsində mümkün yardımı müzakirə ediblər.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar