SON XƏBƏRLƏR

Məryəm Mirzəxaninin şəkli İtaliyada 5-ci sinif riyaziyyat kitabının üz qabığında

2026.09.13, 10:00
Məryəm Mirzəxaninin şəkli İtaliyada 5-ci sinif riyaziyyat kitabının üz qabığında

Azərbaycanlı riyaziyyat dahisi məktəb kitabında.

Gunaz.tv

GünAz TV-nin məlumatına görə, Güney Azərbaycanlı riyaziyyat dahisi Məryəm Mirzəxaninin şəkli İtaliyada 5-ci sinif şagirdləri üçün hazırlanmış riyaziyyat kitabının üz qabığında dərc olunub.

Mirzəxani 2014-cü ildə riyaziyyat sahəsində dünyanın ən nüfuzlu mükafatlarından biri hesab olunan Fields medalını qazanan ilk qadın olub.

Onun bu uğuru adını riyaziyyat tarixində əbədi olaraq yaşadıb.

Məryəm Mirzəxaninin şəklinin İtaliyada məktəb dərsliyinin üz qabığında yer alması onun elmi irsinin və dünya miqyasında tanınmasının daha bir göstəricisi kimi qiymətləndirilir.

Mirzəxaninin adı və elmi fəaliyyəti müxtəlif ölkələrdə yeni nəsillərə təqdim olunur.


GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar