SON XƏBƏRLƏR

Amnesty International: İran İslam Respublikası Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidir

2026.09.16, 15:44
Amnesty International: İran İslam Respublikası Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidir

Tehran Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qarşısında cavab verməlidir.

Gunaz.tv

Bunu Amnesty International təşkilatının baş katibi Aqnes Kallamard deyib. O, BMT Təhlükəsizlik Şurasının bununla bağlı addım atmamasını “biabırçılıq” adlandırıb.

“Dünyaya İranın Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına verilməli olduğunu xatırlatmaq vacibdir”, — Callamard Londonda keçirdiyi mətbuat konfransında deyib.

O əlavə edib ki, Təhlükəsizlik Şurasının bu istiqamətdə qətnamə layihəsini hələ də gündəliyə çıxarmaması “biabırçılıqdır”.

Callamard həmçinin dünya ölkələrinin prokurorlarını universal yurisdiksiya və ya digər ekstraterritorial yurisdiksiya mexanizmlərindən istifadə etməklə İran rəsmiləri barədə araşdırmalar aparmağa çağırıb.

“Əgər BMT Baş Assambleyasının üzv dövlətləri beynəlxalq ədalət naminə hərəkətə keçməsələr, bundan sonra nə baş verəcəyini bilirik: etirazçıların daha bir qətliamı, bəlkə də daha böyük miqyasda. Daha heç bir xəbərdarlıq cavabsız qalmamalıdır”, — Kallamard bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar