SON XƏBƏRLƏR

Qrossi: Azərbaycan və BAEA energetika və nüvə infrastrukturu sahəsində əməkdaşlıq edir

2026.09.17, 14:06
Qrossi: Azərbaycan və BAEA energetika və nüvə infrastrukturu sahəsində əməkdaşlıq edir

Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) enerji planlaşdırılması, nüvə infrastrukturu, ərzaq təhlükəsizliyi və xərçəngin müalicəsi sahəsində əməkdaşlıq edir.

Gunaz.tv

Bu barədə BAEA-nın Baş direktoru Rafael Qrossi Azərbaycanın BAEA yanındakı yeni səfiri Kamil Xasiyevlə görüşü ilə bağlı "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan və BAEA energetika, nüvə infrastrukturu, ərzaq təhlükəsizliyi və xərçəngin müalicəsi sahəsində planlaşdırma üzərində, o cümlədən Milli Onkologiya Mərkəzi ilə birgə RaysOfHope (Aİ-nin təşəbbüsü ilə irəli sürülən "Ümid şüası" layihəsi): layihəsi çərçivəsində birlikdə işləyirlər", - o yazıb.

BAEA-nın baş direktoru təşkilatın regionda nüvə təhlükəsizliyi üzrə işinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar