SON XƏBƏRLƏR

ABŞ Məsud Pezeşkiana viza verdi

2026.09.19, 18:38
ABŞ Məsud Pezeşkiana viza verdi

Gunaz.tv

ABŞ Məsud Pezeşkian və onun nümayəndə heyətinin BMT-də keçiriləcək iclaslarda iştirakı üçün viza verilməsinə razılıq verib.

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, İranın əsas və daha kiçik tərkibli nümayəndə heyətlərinin Baş Assambleyada iştirakına icazə verilib. Lakin onların Nyu-Yorkda hərəkətləri ciddi şəkildə məhdudlaşdırılacaq və lüks malların alınmasına qadağa tətbiq olunacaq.

Məsud Pezeşkian və Abbas Əraqçi BMT iclaslarında iştirakına icazə verilən rəsmilər siyahısındadır.

Davam edən müharibə və artan məhdudiyyətlər fonunda Pezeşki­anın Nyu-Yorka gedib-getməməsi İran hökuməti üçün mübahisəli məsələyə çevrilib.

İran prezidenti indi Nyu-Yorkda iştirak edib tətbiq olunan məhdudiyyət və siyasi təzyiqləri qəbul etmək, yaxud Baş Assambleyaya getməmək arasında seçim etməlidir.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar