SON XƏBƏRLƏR

Savalan zirvəsindəki göl tamamilə donub

2026.09.19, 20:36
Savalan zirvəsindəki göl tamamilə donub

Gunaz.tv

Erkən soyuqların başlaması ilə Güney Azərbaycanın Savalan zirvəsində yerləşən təbii göl tamamilə donub və səthi bütövlükdə buz qatı ilə örtülüb.

Adətən Savalanın yüksək dağlıq ərazilərində havaların daha da soyuması ilə müşahidə olunan bu təbiət hadisəsi Azərbaycanın tanınmış təbii mənzərələrindən birinə qış görünüşü verib.

Savalanın yüksəkliyində temperaturun aşağı düşməsi davam edərkən, bölgədə soyuq mövsümün erkən başladığını göstərən əlamətlər daha aydın görünür.

Yayılan görüntülərdə Savalan gölünün geniş miqyasda donması və yüksək dağlıq ərazidə gölün görünüşünün dəyişməsi əks olunub.

 


Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar