SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı husilərin Ər-Riyada ballistik raket hücumunu təsdiqlədi

2026.09.20, 08:30
Səudiyyə Ərəbistanı husilərin Ər-Riyada ballistik raket hücumunu təsdiqlədi

Gunaz.tv

Səudiyyə Ərəbistanı Yəməndəki husilərin paytaxt Ər-Riyadı ballistik raketlə hədəfə almağa cəhd etdiyini açıqlayıb.

Səudiyyənin rəhbərlik etdiyi koalisiyanın məlumatına görə, Ər-Riyada doğru atılan raket havada ələ keçirilib və məhv edilib. Bu, Yəməndə döyüşlərin yenidən şiddətlənməsindən sonra Ər-Riyada qarşı ilk belə hücum hesab olunur.

Bununla yanaşı, “Associated Press” və “AFP” sakinlərin Ər-Riyadda güclü partlayış səsləri eşitdiyini, hava limanı yaxınlığında isə tüstü və yanğın görüldüyünü bildirib. AFP jurnalistləri hava limanı yaxınlığında “Aramco”ya məxsus yanacaq çəninin yandığını müşahidə edib.

Husilər isə Ər-Riyadda “həssas” obyektlərin və Yanbudakı “Aramco” obyektlərinin raket və pilotsuz uçuş aparatları ilə hədəfə alındığını bildiriblər. Bu iddialar barədə müstəqil təsdiqlənmiş məlumat yoxdur.

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı ilə husilər arasında qarşıdurmanın “sürətlə şiddətlənə biləcəyi” barədə xəbərdarlıq edib.

Husilər Yəmənin böyük hissəsinə nəzarət edir. Son həftələrdə onların Qırmızı dənizin sahilyanı ərazilərində və strateji Bab əl-Məndəb boğazı istiqamətində irəliləməsi bölgədə gərginliyi daha da artırıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar