SON XƏBƏRLƏR

İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir

2026.09.22, 10:26
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir

Bu gün səhər saatlarından başlayaraq İranın 64 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 139-cu dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, insan haqları təşkilatlarının hesabatlarına görə, cari ildə İranda 1000-dən çox məhbus edam edilib, onlardan 500-dən çoxunun kimliyi müəyyənləşdirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar