SON XƏBƏRLƏR

Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı

2026.09.22, 22:34
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı

Yeddi aydan sonra Müctəba Xameneiyə aid olduğu bildirilən əlyazma yayımlandı.

Gunaz.tv

İranın ali rəhbəri kimi təqdim olunan Müctəba Xameneinin yeddi aydan çoxdur ictimaiyyət qarşısında görünmədiyi və onun səs və görüntüsünün yayımlanmadığı bir şəraitdə, sentyabrın 22-də İranın dövlət mediasında ona aid olduğu bildirilən əlyazma yayımlanıb.

Əlyazmanın altında qeyd olunan tarixə əsasən, mətn avqustun 1-də, yəni 50 gündən çox əvvəl yazılıb. İranın dövlət mediası da sənədi Müctəba Xameneinin əlyazması kimi təqdim edib.

Mətn İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı general-mayor Seyid Məcid Musəviyə ünvanlanıb.

Mətnin müəllifi Musəviyə təqdim etdiyi hesabata görə təşəkkür edib, təchizat zənciri sahəsində səylərin davam etdirilməsini və bu barədə mütəmadi olaraq hesabat verilməsini istəyib. İran mediasında yayılan tam mətndə həmçinin Musəvi və onun tabeliyində olan qüvvələrin təhlükəsizliyinə diqqət yetirilməsi vurğulanır.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar