SON XƏBƏRLƏR

AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib

2026.09.23, 13:51
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları Yəməndə husilərə hökumətyönlü qüvvələrin nəzarətində olan Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək ediblər.

Gunaz.tv

Bu barədə Associated Press (AP) məlumat yayıb.

AP-nin məlumatına görə, bu, 2014-cü ildə Yəməndə vətəndaş müharibəsi başlayandan bəri Tehranın husilərə göstərdiyi ən böyük birbaşa yardımdır.

Agentlik 10 rəsmi şəxs və hərbçiyə istinadən bildirib ki, SEPAH məsləhətçiləri Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə bağlı qüvvələr arasında yaranmış fikir ayrılıqlarından istifadə edən 115 kilometrlik sürətli hücumun idarə olunmasına kömək ediblər.

Məlumata görə, husilər həmçinin Milli Müqavimət qüvvələrinin rabitə sistemlərinə müdaxilə edərək hərbi birləşmələrin hərəkətlərini izləyə və qarışıqlıq yarada biliblər.

Məlumata görə, İran son bir il ərzində husilərə daha inkişaf etmiş raketlər, pilotsuz uçuş aparatları və pilotsuz hücum katerləri üzrə təlim və logistika dəstəyini artırıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar