SON XƏBƏRLƏR

Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!

2026.09.23, 14:46
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!

Daimi sülhün əldə olunması üçün şərayit yarandığı təqdirdə Donald Trampla görüş.

Gunaz.tv

Bunu İran parlamentinin kçmiş sədri Mehdi Kərrubi Məsud Pezeşkiana məktubunda yazıb.

O, çətin həyat şəraitini hökumətin son bir neçə onillikdəki siyasətin, xüsusən də sanksiyaların nəticəsi hesab edib və böhranların öhdəsindən gəlməyin ilk addımının "yaradılmış tabuları" aradan qaldırmaq olduunu bildirib.

Kərrubinin fikrincə, milli maraqlarla ziddiyyət təşkil edən "qırmızı xətlər"i nəzərdən keçirməyin vaxtı çatıb.

O, İrandakı mövcud vəziyyətə toxunaraq, ölkənin tarixinin ən həssas nöqtələrindən birində olduğunu və belə bir vəziyyətin "tarixi qərarlar" tələb etdiyini yazıb.

Mehdi Kərrubi həmçinin Pezeşkiana dəstəyini bildirib və onu "prezidentə layiq mövqe və vəzifə çərçivəsində hərəkət etməyə" çağırıb.

Parlamentin keçmiş sədri, Pezeşkianın BMT-nin qərargahına səfərini "misilsiz fürsət" adlandırıb: 

"Əgər şərait uyğundursa, o, konstruktiv danışıqlar və davamlı sülh üçün ABŞ prezidenti ilə görüşməli və millətin selinin qarşısında əhəmiyyətsiz olan bir qrupun damğasından qorxmamalıdır".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar