SON XƏBƏRLƏR

Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?

2026.09.24, 12:39
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?

Sosial şəbəkələrdə İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı zamanı bir sıra ölkələrin nümayəndələrinin, o cümlədən Azərbaycan nümayəndə heyətinin iclas zalında olmamasında dair məlumat yayılıb.

Gunaz.tv

İran Prezidenti Məsud Pezeşkianın ötən gün BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyəti zalda olub.

İran Prezidentinin çıxışı zamanı guya Azərbaycan nümayəndə heyətinin zalda olmamasına dair səslənən iddialar dezinformasiya və feykdir.

Açıq mənbələrdə yayılan məlumatlara görə, Pezeşkianın 23 sentyabr tarixində BMT Baş Assambleyasındakı çıxışı zamanı zalı tərk edən tərəf ABŞ nümayəndəsi olub. İsrail nümayəndə heyətinin isə İran Prezidentinin çıxışında iştirak etmədiyi bildirilib. Azərbaycanın nümayəndə heyətinin zalı tərk etməsi barədə məlumat həqiqəti əks etdirmir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar