SON XƏBƏRLƏR

İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır

2026.09.24, 21:35
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır

Gunaz.tv

Maliyyə bazarları üzrə ekspert Nima Mirzayi İranda davam edən inflyasiya və valyuta məzənnələrinin artması fonunda ölkənin daxili bazarında bir qram qızılın qiymətinin ilin sonunadək 36–40 milyon tümənə, sikkənin qiymətinin isə 350–360 milyon tümənə yüksələ biləcəyini proqnozlaşdırıb.

Mirzayi “Tejarat News”a açıqlamasında bildirib ki, İranda 100 faizdən yuxarı inflyasiyanın davam etməsi və ilin ikinci yarısında qiymətlərin ən azı 50 faiz artması ölkə daxilində qızılın bahalaşmasına səbəb ola bilər. Onun sözlərinə görə, bu proqnoz dünya qızılının bir unsiyasının 4 min dollar ətrafında qalacağı və qlobal bazarda əhəmiyyətli ucuzlaşmanın baş verməyəcəyi şərtinə əsaslanır.

Ekspert dolların məzənnəsini İranda qızılın qiymətini müəyyən edən əsas amillərdən biri hesab edib. O bildirib ki, İranda ilin ikinci yarısında inflyasiya təzyiqlərinin artması dolların məzənnəsinin yüksəlməsinə, bunun ardınca isə ölkənin daxili bazarında qızıl və sikkənin bahalaşmasına səbəb ola bilər.

Mirzayi həmçinin İrana qarşı tətbiq olunan sanksiyalar, müharibə və dəniz blokadasının ölkənin iqtisadiyyatına təzyiqləri artıran amillər olduğunu bildirib və son bir ildə baş verən proseslərin İranda inflyasiya təzyiqlərini daha da gücləndirdiyini qeyd edib.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar