SON XƏBƏRLƏR

80 ölkə Hörmüzlə bağlı çağırış etdi

2026.09.25, 09:19
80 ölkə Hörmüzlə bağlı çağırış etdi

Təxminən 80 ölkə Yaxın Şərqdə İranın və husilərin hərəkətlərini pisləyərək Hörmüz boğazında gəmiçiliyin təcili bərpasını tələb edib.

Gunaz.tv

Bu barədə Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaninin Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı çərçivəsində oxuduğu birgə bəyanatda deyilir.

Bəyanata əsasən, bu hərəkətlər beynəlxalq ticarətə və enerji təhlükəsizliyinə zərbə vurur.

"İranın Hörmüz boğazındakı hərəkətləri beynəlxalq təhlükəsizliyə, eləcə də gəmi sahiblərinin hüquq və azadlıqlarına təhdid yaratmaqda davam edir. Biz həmçinin husilərin Yəməndə münaqişəni bərpa etmək qərarını, onların Səudiyyə Ərəbistanına aramsız zərbələrini və Qırmızı dənizdəki düşüncəsiz hücumlarını qətiyyətlə pisləyirik", - Əl-Zəyani qeyd edib.

Bəyanatı imzalayanlar arasında körfəzin ərəb və böyük Qərb dövlətləri var.

Bəyanatda həmçinin qeyd olunub ki, husilərin Bab-əl-Məndəb boğazına doğru irəliləməsi beynəlxalq gəmiçilik, dəniz təhlükəsizliyi və dünya ticarəti üçün riskləri yalnız artıracaq.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar