SON XƏBƏRLƏR

İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb

2026.09.25, 17:23
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb

Gunaz.tv

“Reuters” xəbər agentliyinin məlumatına görə, İraq Kürdüstanındakı Ərbil və Süleymaniyyə hava limanları cümə günündən etibarən İran təyyarələrinin uçuşlarını dayandırıb.

Bu qərar İran təyyarələrinin Nəcəf hava limanına, daha əvvəl isə Bağdad hava limanına uçuşlarının dayandırılmasından sonra qəbul edilib.

Nəcəf hava limanının direktoru bildirib ki, bu qərar İraq Baş nazirinin ofisindən verilən göstəriş əsasında qəbul olunub.

Məhdudiyyətlər ABŞ-ın İran aviaşirkətlərinə qarşı ikinci dərəcəli sanksiyalarının oktyabrın 1-dən qüvvəyə minməsindən sonra tətbiq edilib.

ABŞ-ın maliyyə naziri Skott Besent də bildirib ki, dünyada İran təyyarələrinin uçuşlarının 80-90 faizi dayandırılıb.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar