SON XƏBƏRLƏR

Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib

2026.09.25, 18:34
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib

Gunaz.tv

GünAz TV-nin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Ukraynada “Patriot” hava hücumundan müdafiə raketlərinin istehsalına icazə verilməsinə razılıq verdiyini açıqlayıb.

Zelenski cümə günü bildirib ki, Tramp onunla son görüşündə yekun qərarını verdiyini və Ukraynanın bu raketlərin istehsalı üçün lisenziya alacağını deyib.

Ukrayna Rusiya ilə müharibədə “Patriot” raketlərinin çatışmazlığı ilə üzləşir. Bununla belə, Fransanın AFP xəbər agentliyi bildirir ki, icazə verilsə belə, Ukraynada bu raketlərin istehsalı üçün zəruri sənaye imkanlarının yaradılması bir ildən çox vaxt aparacaq və Kiyevin təcili ehtiyaclarını qarşılamayacaq.

Zelenski həmçinin bildirib ki, Ukrayna eyni zamanda “Frya” adlı yerli ballistik raket əleyhinə müdafiə sistemi hazırlayır.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar