SON XƏBƏRLƏR

Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur

2026.09.25, 23:31
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur

Gunaz.tv

Şərqi Azərbaycan əyalətində vəkil işləyən Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun hələ də Təbriz Mərkəzi Həbsxanasında saxlanıldığı bildirilir.

Zəhra Nəqşinə vəkil və peşəkar fəal kimi Vəkillər Kollegiyasının Qadınlar Komissiyasında və Qadınlara qarşı zorakılığın qarşısının alınması üzrə katiblikdə fəaliyyət göstərib.

Nəqşinə sentyabrın 9-da Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci İstintaq Şöbəsindən aldığı çağırış vərəqəsindən sonra həmin şöbəyə gedib və daha sonra saxlanılıb.

Göndərilən çağırış vərəqəsində onun ittihamının “cinayət tərkibi olmayan” kimi qeyd edildiyi bildirilir. Bu vəkil barəsində iş Təbriz Kəşfiyyat İdarəsinin onun hüquqi və tənqidi fəaliyyətləri və yazıları ilə bağlı təqdim etdiyi hesabatdan sonra açılıb.

Cinayət Prosessual Məcəllənin 168-ci maddəsinə əsasən, ittihamın irəli sürülməsi üçün kifayət qədər əsas olmadan şəxsin şübhəli şəxs qismində çağırılması və ya məcburi gətirilməsi qadağandır. Həmçinin Konstitusiyanın 32-ci maddəsi ittihamın və onun əsaslarının dərhal bildirilməsini tələb edir.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar