SON XƏBƏRLƏR

Milli fəallar üç aydır qanunsuz saxlanılırlar

2026.09.26, 16:49
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar

Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan 1 aylıq qətimkan qərarı 2 ay əvvəl başa çatıb.

Gunaz.tv

Bu haqda adı çəkilən məhbusların ailəsinə yaxın mənbələr bildiriblər.

Onların sözlərinə görə, buna baxmayaraq, fəallar qeyri-müəyyən vəziyyətdə saxlanılır və onların qanunla nəzərdə tutulan girov qarşılığında məhkəməyə qədər sərbəst buraxılma hüququ təmin olunmur.

Qeyd edək ki, iyunun 28-də Siyamək Mirzayi Xiyavda (Meşgin), Əsgər Əkbərzadə və Əli Vaseqi isə Ərdəbildə həbs edilib.
Hər üç fəal bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə saxlanılıblar.

Fəallaara qarşı "qanunsuz qruplara üzvlük" və "sistemə qarşı təbliğat" ittihamları irəli sürülüb.

Əsgər Əkbərzadə sentyabrın 2-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsa da, Siyamək Mirzayi və Əli Vasiqi Ərdəbil həbsxanasının 6-cı və 17-ci bölmələrində saxlanılırlar.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar