SON XƏBƏRLƏR

İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir

2026.09.27, 12:33
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi tibb bacılarının maaşları ilə inflyasiya arasındakı fərqə diqqət çəkərək bildirib ki, bir tibb bacısının aylıq maaşı hətta ayın ilk 10 gününün xərclərini qarşılamağa kifayət etmir və bu təbəqənin alıcılıq qabiliyyəti ildən-ilə azalır.

Şərifi tibb bacılarının çatışmazlığını, iş saatlarının və məzuniyyətlərin azaldılmasında ayrı-seçkiliyi, sosial-iqtisadi problemləri və xaricə miqrasiya meylinin artmasını tibb bacıları cəmiyyətinin əsas problemləri sırasında göstərib.

O, bu problemlərin aradan qaldırılması üçün uyğun əmsalla “xüsusi əlavə ödəniş”in tətbiqini və tibb bacılarının maaşlarının inflyasiya səviyyəsinə uyğun yenidən nəzərdən keçirilməsini təklif edib. Şərifinin sözlərinə görə, bu tələb ötən illərdə də gündəmə gətirilsə də, indiyədək tibb bacıları üçün həyata keçirilməyib.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar