SON XƏBƏRLƏR

İranda dolların məzənnəsi 234 min tüməni keçib

2026.09.27, 15:35
İranda dolların məzənnəsi 234 min tüməni keçib

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın azad valyuta bazarında ABŞ dollarının satış qiyməti 234 min 700 tümənə çatıb.

“Bonbast” saytının son məlumatlarına əsasən, sentyabrın 26-da dolların alış qiyməti 234 min 600 tümən olub. Avronun məzənnəsi 267 min 350 tümən, Britaniya funtunun məzənnəsi isə 311 min tümən təşkil edib. Sikkə bazarında tam Bahar Azadi qızıl sikkəsi 234 milyon tümənə satılıb.

ABŞ-ın maliyyə naziri Skott Basnet iqtisadi təzyiq siyasətinin elan edilməsi fonunda İranda dolların məzənnəsinin 300 min tümənə çata biləcəyini proqnozlaşdırıb.

ABŞ Prezidenti Donald Tramp da İran İslam Respublikasına qarşı iqtisadi təzyiqdən məmnunluğunu ifadə edib. İranda valyuta bazarında baş verən dəyişikliklər siyasi proseslər, sanksiyalar və daxili iqtisadi vəziyyətin təsiri altında davam edir.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar