SON XƏBƏRLƏR

İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı

2026.09.28, 20:28
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı

İlon Maska məxsus Starlink şirkətinin İraqdakı fəaliyyəti rəsmiləşdirilib və şirkət ölkədə qanuni şəkildə xidmət göstərəcək.

Gunaz.tv

İraqın Rabitə və Media Komissiyasının icraçı orqanının rəhbəri Bəliğ Əbu Kələl İraqın rəsmi xəbər agentliyinə bildirib ki, Starlinkin fəaliyyət lisenziyası rəsmiləşib və şirkətin ölkədə xidmət göstərməsi qanunidir. Onun sözlərinə görə, İraqda Starlink xidmətinə qoşulmaq üçün çoxsaylı müraciətlər daxil olub.

İraq rəsmisi Starlinkin ölkədəki məlumat mərkəzinin Qətərdə yerləşməsi ilə bağlı yayılan məlumatları da təkzib edib. O bildirib ki, İraqdakı Starlink məlumatları ölkə daxilində saxlanılır və İraq tərəfi xidmət üzərində nəzarət imkanlarına malikdir.

Yeni qaydalara əsasən, Starlink İraqdakı istifadəçilərin sayı, onların məlumatları və xidmətin ölkə üzrə coğrafi yayılması barədə Rabitə və Media Komissiyasına məlumat təqdim etməlidir.

Komissiyanın məlumatına görə, Starlinkin İraqda fəaliyyətə başlaması təhlükəsizlik yoxlamaları səbəbindən müəyyən qədər gecikib. Artıq ilk abunəliklər aktivləşdirilib və avadanlıqların müştərilərə çatdırılması davam edir.

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar