SON XƏBƏRLƏR

Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!

2026.09.29, 16:13
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!

İnsanlar tez-tez İranı normal bir ölkə kimi düşünmək səhvinə yol verirlər. Bəli, İran bir ölkədir, amma bizim problemimiz İran deyil; problem həmin ölkəni idarə edən inqilab və sistemdir.

Gunaz.tv

Bespublikaçı senator Marko Rubio bunu Fox News-a verdiyi müsahibədə bildirib.

O, İranın hazırkı hökuməti ilə eyniləşdirilməməli olduğunu vurğulayıb.

Rubio, mediada diplomatik örtük altında görünən İslam Respublikasının rəsmilərinə toxunaraq əlavə edib: 

"İranda qərar qəbul edənlər, dini missiyalarının dünyanın sonunu gətirmək olduğuna inanan apokaliptik baxışlara malik ekstremist ruhanilərdir".

O, həmçinin xəbərdarlıq edib ki, belə bir rejimin nüvə silahı əldə etməsi dünya üçün qəbuledilməz bir təhlükə olacaq, çünki onlar bu silahlardan şantaj və qətl üçün istifadə edəcəklər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar