SON XƏBƏRLƏR

İranlılar dünyanın ən irqçi xalqıdır- London Kral Kolleci

2026.09.30, 09:49
İranlılar dünyanın ən irqçi xalqıdır- London Kral Kolleci

Elmi araşdırmanın nəticələrinə əsasən İran irqçiliyə görə 24 ölkə arasında birinci yerdədir.

Gunaz.tv

Bu haqda London Kral Kolleci Siyasət İnstitutunun hesabatında bildirilib.

"İran cəmiyyəti irqi fərqlərə görə qonşuluqda yaşayan insanlara qarşı müxalifət indeksində sorğuda iştirak edən 24 ölkə arasında birinci yerdədir",- hesabatda qeyd olunub.

Bildirilib ki, İranda respondentlərin 28 faizi fərqli irqdən olan birinin qonşusu olmasını istəmədiklərini bildirib.

İranla bağlı məlumatlar 2020-ci ildə toplanıb və müqayisə edilən ölkələr arasında bu irqçi münasibətin ən yüksək nisbətini göstərir.

İrandan sonra Yunanıstan 24 faiz, Filippin 21 faiz, Çin 18 faiz və Misir 17 faizlə növbəti yerləri tuturlar. 

Digər tərəfdən, müxtəlif irqi mənşəli insanların qonşu kimi qəbul edilməsinə qarşı çıxanlar İsveç və Braziliyada cəmi 1 faiz, Birləşmiş Krallıqda 2 faiz, Norveç, Almaniya və ABŞ-da isə 3 faiz təşkil edib. 

İran həmçinin immiqrantların və xarici işçilərin qonşu kimi qəbul edilməsinə qarşı çıxan eyni 24 ölkə arasında ən yüksək göstəricini qeydə alıb. 

Bu bölmədə İranda respondentlərin 42 faizi belə qonşuların olmasını istəmədiklərini bildirib. İrandan sonra Rusiya 32 faiz, Yaponiya isə 30 faizlə növbəti yerlərdə qərarlaşıb, bu rəqəm Çin və Yunanıstanda isə 26 faiz olub. 

İmmiqrantların və xarici işçilərin qonşu kimi qəbul edilməsinə qarşı çıxanlar İsveç və Braziliyada 3 faiz, Almaniyada 4 faiz və Birləşmiş Krallıq və Norveçdə 5 faiz olaraq qeydə alınıb.

Dini və dil fərqləri ilə bağlı göstəricilərdə İranda narazılıq səviyyəsi də yüksəkdir.

İranda fərqli dinə mənsub qonşuya qarşı narazılıq 34%-ə çatıb; bu bölmədə müqayisə edilən 18 ölkə arasında ən yüksək göstəricidir. Çin 31% ilə bu sahədə İrandan sonrakı yeri tutub.

Həmçinin, İranda respondentlərin 31%-i fərqli dildə danışanla qonşu olmaq istəmədikklərini bildirib; bu rəqəm 32% ilə Filippindən sonra 18 ölkə arasında ikinci ən yüksək göstəricidir. Böyük Britaniyada fərqli dinə mənsub qonşuya qarşı narazılıq 1%, fərqli dilə mənsub qonşuya qarşı isə 4% təşkil edib.

Bu 24 ölkə dünya əhalisinin təxminən yarısını əhatə edir və onların məlumatları 2017-2022-ci illər arasında müxtəlif vaxtlarda toplanıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar