Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib.
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
İran həbsxanalarında aclıq aksiyası keçirilir
İsrail: İran Yaxın Şərqdən kənar ölkələr üçün də təhlükə olaraq qalır
Tam müharibə vəziyyətindəyik- Mühacirani
İrəvanda Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairin adı verildi
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır
Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib.
Bəyanatda deyilir:
"Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələb edən BMT TŞ-nin 4 qətnaməsi və digər sənədləri özü icra edib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ölkəmizin tarixində dönüş mərhələsi təşkil edib. Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Zəfəri Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızın böyük bir hissəsinin azad edilməsinə, yeni siyasi reallıqların yaranmasına və regionda yeni geosiyasi vəziyyətin formalaşmasına gətirib çıxarıb.
Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünün təmin olunması və işğal edilmiş torpaqların azad edilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum dörd qətnamənin və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını təmin edib.
Bu tarixi Qələbənin əldə edilməsi uzun illər ərzində dövlətimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, milli təhlükəsizliyin təmin edilməsi, müdafiə potensialının artırılması, müasir və mütəşəkkil ordunun yaradılması, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və tarixi şüurunun dərinləşdirilməsi istiqamətində məqsədyönlü şəkildə aparılan işlərin nəticəsi olub.
44 günlük Vətən müharibəsində Qələbənin ən mühüm amili Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi və hərbi rəhbərliyi oluc. Döyüş əməliyyatlarının gedişi şəraitində dövlət idarəçiliyinin, Ordunun və cəmiyyətin birliyi, operativ qərarlar qəbul etmək və qarşıya qoyulmuş məqsədlərə nail olmaq qabiliyyəti mühüm rol oynayıb.
Onun nümayiş etdirdiyi sərkərdəlik məharəti, sarsılmaz siyasi iradəsi və strateji düşüncəsi müəyyən olunmuş hədəflərin əldə edilməsinə müstəsna töhfə verib.
Hərbi Qələbə Vətən qarşısında hərbi borcunu şərəf və ləyaqətlə yerinə yetirən Azərbaycan əsgər və zabitlərinin mərdliyi və qəhrəmanlığı sayəsində əldə edilib. Azad olunmuş hər bir şəhər və kənd, hər bir yüksəklik onların şücaətinin şahidi olub. Bir çox hərbi qulluqçular “Vətən Müharibəsi Qəhrəmanı” adına və digər yüksək dövlət mükafatlarına layiq görülüblər.
Torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün canından və qanından keçmiş Azərbaycan oğullarının mərdliyi və qəhrəmanlığı xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biridir.
Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarını kobudcasına pozaraq mülki əhaliyə qarşı dəhşətli cinayətlər törədiblər.
Cəbhə xəttindən uzaqda yerləşən şəhər və qəsəbələrə ballistik raketlər və qadağan olunmuş silahlar, o cümlədən kaset tipli döyüş sursatları ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir.
Bu qanlı cinayətlər nəticəsində yüzlərlə insan, o cümlədən 100-dən çox mülki şəxs həlak olub, 450-dən çox insan yaralanıb.
Düşmənin törətdiyi əməllərə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn normalarına riayət edib, düşmənin hərbi qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasının qarşısını almağa çalışıb.
Torpaqlarımız döyüş meydanlarında qəhrəmancasına şəhid olmuş hərbçilərimizin, əsgər və zabitlərimizin, qazilərimizin canı və qanı bahasına azad edilib.
2020-ci ilin payızında başlanmış hərbi-siyasi proseslər üç il sonra davam etdirilib. 2023-cü il sentyabrın 19-dan 20-dək keçirilən birgünlük antiterror əməliyyatının nəticəsində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin fəaliyyətinə son qoyulub, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib.
Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olub.
Azərbaycan xalqının ictimai şüurunda 27 Sentyabr – Anım Günü, 8 Noyabr – Zəfər Günü və 20 Sentyabr – Dövlət Suverenliyi Günü mahiyyətcə fərqli məna daşıyır.
Anım Günü azadlığımızın hansı qurbanlar hesabına əldə edildiyini xatırladır. Zəfər Günü ədalətin təntənəsini təcəssüm etdirir. Dövlət Suverenliyi Günü isə Azərbaycan dövlətinin suveren hüquqlarının onun bütün ərazisində bərpa olunduğunu ifadə edir.
Azərbaycan dövləti şəhid ailələrinin və qazilərin sosial müdafiəsini, tibbi yardımını, mənzil təminatını və digər sosial məsələlərini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə məqsədyönlü və davamlı tədbirlər həyata keçirir.
Ölkədə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ardıcıl işlər aparılır. Memorial komplekslər, abidələr və heykəllər yaradılır, küçələrə və yaşayış məntəqələrinə müharibə iştirakçılarının və qəhrəmanlarının adları verilir.
Azərbaycan Respublikası Milli Məclisi Vətən naminə canını qurban vermiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirir, döyüş meydanlarında həyatını təhlükəyə ataraq böyük Qələbəmizə töhfə vermiş əsgər və zabitlərimizin qəhrəmanlığını yüksək qiymətləndirir.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi doğma torpağa məhəbbətin və qəhrəmanlığın ən yüksək təzahürü kimi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Onların qəhrəmanlığı heç zaman unudulmayacaq, xalqımızın və dövlətçilik tariximizin şərəfli səhifəsi kimi daim xatırlanacaq.
Azad, güclü, vahid və suveren Azərbaycan şəhidlərimizə ən böyük abidədir".
C
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
İranın infrastrukturunu məhv etmək niyyətində deyilik- Tramp
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qoşaçayda şagirdlər zəhərləndi
İranın Ermənistandakı səfirliyi İrəvanın Göy məscidi haqqında videomaterial yayımlayıb.
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
İranda məhbuslar yenidən aclıq aksiyası keçiriblər
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb