SON XƏBƏRLƏR

İranda yaşlı əhalinin artımı ümumi əhali artımından dörd dəfədən çoxdur

2026.09.30, 18:34
İranda yaşlı əhalinin artımı ümumi əhali artımından dörd dəfədən çoxdur

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın Rifah Təşkilatının rəhbəri yaşlı əhalinin artım tempinin ölkənin ümumi əhali artımından dörd dəfədən çox olduğunu bildirərək, İranın qocalma dövrünə daxil olmaq üzrə olduğu barədə xəbərdarlıq edib.

Seyyed Cavad Hüseyni bildirib ki, hazırda İranda təxminən 11 milyon yaşlı insan yaşayır və onlar ölkə əhalisinin təxminən 13 faizini təşkil edir. Onun sözlərinə görə, ölkə əhalisinin artım tempi 1,24 faiz, yaşlı əhalinin artım tempi isə 4,48 faizdir.

Hüseyni proqnozlaşdırıb ki, 2040-2045-ci illər arasında ölkənin demoqrafik pəncərəsi bağlanacaq və yaşlı əhalinin sayı gənc əhalini ötəcək.

O həmçinin bildirib ki, yaşlı insanların 60 faizi pensiya və ya müavinət almır və 70 yaşdan sonra insanların gəlir vəziyyəti pisləşir. Bu səbəbdən yaşlı əhalinin yoxsulluq riski artır.

Rifah Təşkilatının rəhbəri həmçinin yaşlı insanların 65 faizinin qocalıqla bağlı narahatlıq keçirdiyini, qeyri-yaşlı əhalinin 18 faizinin isə yaşlılara qulluqla məşğul olduğunu bildirib.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar