SON XƏBƏRLƏR

Rusiya NATO-nu nüvə silahı ilə hədələdi

2026.09.30, 19:35
Rusiya NATO-nu nüvə silahı ilə hədələdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Rusiya NATO-ya diplomatik mesaj göndərərək Kalininqrad vilayətini təcrid etməyə yönəlmiş hər hansı cəhdin Moskvanın nüvə cavabı ilə qarşılaşa biləcəyi barədə xəbərdarlıq edib.

“Reuters”in gördüyü sənədə əsasən, Moskva həmçinin bildirib ki, qarşıdurma baş verəcəyi təqdirdə NATO-ya üzv ölkələrdəki qərar qəbuletmə mərkəzlərinə hücum ehtimalı var.

Kalininqrad Baltik dənizi sahilində yerləşən və Polşa ilə Litva arasında qalan Rusiyaya məxsus ərazidir. Bu bölgə Rusiyanın əsas ərazisindən ayrı yerləşir.

NATO bu mesajın alındığını təsdiqləyərək alyansın fəaliyyət və hərbi təlimlərinin Rusiya ərazisinə qarşı təhdid olmadığını bildirib və Moskvanın nüvə təhdidlərini pisləyib.

Bu xəbərdarlıq Rusiya ilə Avropa ölkələri arasında Baltik regionunda təhlükəsizlik məsələləri ilə bağlı gərginliyin artdığı bir vaxtda səsləndirilib.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar