SON XƏBƏRLƏR

İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemndə də yayılıbb- Sato

2026.10.02, 10:13
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemndə də yayılıbb- Sato

BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato İranda etnik və dini azlıqlara qarşı sistemli ayrı-seçkiliyin, repressiyaların və edamların kəskin şəkildə artdığını və bunun İran məhkəmə sistemi daxilində də baş verdiyini bildirib.

Gunaz.tv

Bu barədə xüsusi məruzəçi oktyabrın 1-də yaydığı hesabatda deyilib.

Sato, türklərin, kürdlərin, bəlucilərin, ərəblərin və türkmənlərin vəziyyətinə toxunaraq, onların dil, iqtisadi və sosial ayrı-seçkilik, eləcə də bəzi dövlət xidmətlərinə çıxışlarının məhdudluğu barədə danışıb.

Sato, İranda etnik və dini azlıqların, xüsusən də ölüm cəzasına səbəb olan işlərdə ədalətli məhkəmə prosesinə çıxışında üzləşdikləri çoxsaylı maneələrdən narahatlığını ifadə edib.

Xüsusi Məruzəçinin sözlərinə görə, ədliyyə sisteminin müxtəlif mərhələlərində, həbs və dindirmədən tutmuş məhkəmə və ölüm hökmlərinə qədər azlıqlara qarşı ayrı-seçkilik müşahidə edilir.

O, digər məsələlərlə yanaşı, adekvat tərcüməçilərin olmaması, etirafların alınması üçün işgəncə verilməsi və təhlükəsizlik işlərində şəxslərin vəkillərə lazımi çıxış olmadan mühakimə olunması kimi məsələləri da qeyd edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar