SON XƏBƏRLƏR

Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı

2026.10.02, 18:38
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı

Gunaz.tv

ABŞ İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar çərçivəsində Ərak şəhərində yerləşən Ağır Avadanlıq İstehsalı Şirkəti “Hepko”nu və onun Çindəki törəmə şirkətini sanksiyalar siyahısına salıb.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu addım “Economic Outcast” əməliyyatı çərçivəsində və 13902 saylı prezident sərəncamına əsasən həyata keçirilib. Vaşinqton iddia edir ki, Hepko-nun bəzi ağır texnikalarından İslam İnqilabı Keşikçiləri Korpusu və Qüds Qüvvələri ilə əlaqəli layihələrdə istifadə olunub.

Hepko İranın mədən və yol tikintisi sahələri üçün ağır texnika istehsal edən əsas şirkətlərindən biridir. Yeni sanksiyalar şirkətin ehtiyat hissələri, xammal, texnologiya, maliyyə xidmətləri və xarici bazarlara çıxışını çətinləşdirə bilər.

Şirkət son illərdə idarəetmə, maliyyə və işçi problemləri ilə də üzləşib. Yeni sanksiyaların istehsal və ehtiyat hissələrinin təminatı üzərində əlavə təzyiq yarada biləcəyi bildirilir.

ABŞ Maliyyə Nazirliyi həmçinin xəbərdarlıq edib ki, sanksiyaya məruz qalan şəxslər və qurumlarla əməliyyatlar xarici tərəflər, o cümlədən maliyyə institutları üçün ABŞ sanksiyaları ilə bağlı risk yarada bilər.

 

Günaz TV 
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar