SON XƏBƏRLƏR

Mehrdad Əxlaqi İranın yeni müdafiə naziri olacaq

2026.10.06, 09:19
Mehrdad Əxlaqi İranın yeni müdafiə naziri olacaq

İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə Mehrdad Əxlaqinin namizədliyini irəli sürüb.

Gunaz.tv

Bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, Əxlaqi Müdafiə Nazirliyində yüksək vəzifəli şəxsdir və əvvəllər Aerokosmik Sənaye Təşkilatına rəhbərlik edib.

Parlamentin etimad səsverməsi keçirməzdən əvvəl Əxlaqinin təklif etdiyi planları müvafiq komitədə nəzərdən keçirməsi gözlənilir.

1958-ci il təvəllüdlü Əxlaqinin adı Avropa Birliyi və ABŞ-nın sanksiyalar siyahısına salınıb.

Qeyd edək ki, 28 fevralda ABŞ-İsrail hücumunda müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə həlak olub. O vaxtdan nazir vəzifəsi boşdur.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar