SON XƏBƏRLƏR

Urmiya gölünün son durumu açıqlandı

2026.10.09, 09:16
Urmiya gölünün son durumu açıqlandı

Hazırda Urmiya gölündə suyun həcmi 2 milyard 520 milyon kubmetrdir.

Gunaz.tv

Bu haqda əlaqədar dövlət qurumlarının hesabatında bildirilib.

Məlumata görə, suyun səviyyəsi 1270,63 metrə, su sahəsi isə 1945 kvadrat kilometrə yüksəlib.

Bununla eyni vaxtda bölgəyə səfər edən Məsud Pezeşkianın köməkçisi Əli Rəbyi bildirib ki, Urmiya gölü böhranı onilliklər ərzində suyun yanlış idarə edilməsinin Nəticəsidir.

"Əvvəlki illərdə başlayan böhran, suyun yanlış idarə edilməsi ilə yanaşı həm də əkinçilik modelinə, insanların dolanışıqlarına və əhali artımına məhəl qoyulmamasının nəticəsidir",- o bildirib.

Əli Rəbiyi Urmiya gölünün qurumasının region üçün genişmiqyaslı nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar