SON XƏBƏRLƏR

İrana qarşı 3 günlük zərbə planı Trampa təqdim olundu

2026.10.09, 11:26
İrana qarşı 3 günlük zərbə planı Trampa təqdim olundu

ABŞ prezidenti Donald Trampın aktiv münaqişəyə qayıtmaq perspektivləri ilə bağlı qeyri-müəyyən açıqlamalarına baxmayaraq, ABŞ Ordusu İrana qarşı tammiqyaslı hərbi əməliyyatların mümkün bərpası üçün variantlar hazırlayır.

Gunaz.tv

Məlumatı "The New York Times" (NYT) qəzeti adları çəkilməyən ABŞ administrasiyası rəsmilərinə istinadən yayıb. Qəzetin məlumatına görə, tezliklə Yaxın Şərqə üç təyyarədaşıyan gəmi göndəriləcək. Pentaqon həmçinin İranda raket və pilotsuz təyyarələrin saxlanma yerlərinə, eləcə də digər hərbi və enerji obyektlərinə zərbə endirmək planları hazırlayır.
Hazırlanan plan 3 günlük əməliyyat zamanı İrana bütün mümkün vasitələrlə zərbələrin endirilməsini nəzərdə tutur.

Son aylarda Pentaqon və Trampın milli təhlükəsizlik komandası Amerika liderinə İrana və ya Yəmən üsyançı hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyatlar üçün beş təklif təqdim edib. Qəzetin məlumatına görə, ABŞ prezidenti onların hamısını rədd edib.

Eyni zamanda qeyd olunur ki, Trampın yaxın çevrəsində bir çox insan İrana qarşı hərbi əməliyyatların Tehranın planlarına təsir etməyəcəyinə inanır. Bəziləri əmindir ki, İrana iqtisadi təzyiq göstərmək kampaniyası öz bəhrəsini verir və Tehranı əhəmiyyətli güzəştlərə getməyə vadar etmək üçün bir az daha çox vaxt lazımdır.
Bundan əvvəl Tramp bildirib ki, ABŞ 3 noyabrda keçiriləcək ara seçkilərdən əvvəl İrana zərbə endirmək niyyətində deyil.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar