SON XƏBƏRLƏR

Traxtur üzvləri Omana çatmaq üçün 18 saat yolda olublar

2026.10.10, 20:31
Traxtur üzvləri Omana çatmaq üçün 18 saat yolda olublar

Gunaz.tv

Güney Azərbaycanın “Traxtur” komandasının Asiya Çempionlar Liqasının Elit mərhələsində iştirak etmək üçün Təbrizdən Nəcəfə, oradan quru yolu ilə Bağdada, daha sonra isə təyyarə ilə Məsqətə getməsi təxminən 18 saat çəkib.

Birbaşa uçuşların məhdudluğu və regiondakı təhlükəsizlik şəraiti komandanı uzun və yorucu marşrutla hərəkət etməyə məcbur edib. Halbuki komanda mühüm Asiya qarşılaşmasına hazırlaşmalı, vaxtını və enerjisini mürəkkəb səfərə sərf etməməlidir.

Asiya futbolunun yüksək səviyyəli yarışında iştirak edən Azərbaycanın təmsilçisi niyə belə çətinliklərlə üzləşməlidir? Komandanın rahat səfərini və oyun öncəsi hazırlığını təmin etmək kimlərin məsuliyyətidir?

“Traxtur” futbolçularının diqqəti səfər çətinliklərinə deyil, meydana və futbola yönəlməlidir.

 

GunAz TV
R.G

 

"Traktor"un İran, Asiya və dünyada reytinqi açıqlandı

2026.09.10, 11:46

"Traktor"un İran, Asiya və dünyada reytinqi açıqlandı

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar