SON XƏBƏRLƏR

Tramp və Putin Rusiya dizel yanacağının ixracı ilə bağlı razılığa gəliblər

2026.10.11, 08:40
Tramp və Putin Rusiya dizel yanacağının ixracı ilə bağlı razılığa gəliblər

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Rusiya dizel yanacağının ixracına qoyulan məhdudiyyətlərin müvəqqəti yumşaldılması barədə razılığa gəldiyini açıqlayıb.

Trampın sözlərinə görə, Rusiya ilkin mərhələdə ABŞ və dünya bazarlarına 300 min ton dizel yanacağı çıxaracaq. O, bu addımın enerji qiymətlərini aşağı salmağa xidmət edəcəyini bildirib.

ABŞ Maliyyə Nazirliyi də Rusiya istehsalı olan dizel yanacağının satışına və idxalına 2027-ci il aprelin 7-dək icazə verən müvəqqəti lisenziya verib.

Qərar enerji qiymətlərinin artdığı və Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etdiyi bir vaxtda qəbul edilib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar