SON XƏBƏRLƏR

Şri-Lanka: 19 İran gəmisinə yardım göstərmək planımız yoxdur

2026.10.11, 12:45
Şri-Lanka: 19 İran gəmisinə yardım göstərmək planımız yoxdur

Gunaz.tv

Şri-Lanka hökuməti ölkənin sahilləri yaxınlığında olan 19 İran gəmisinə təcili yardım göstərmək planının olmadığını açıqlayıb. Həmin gəmilərin su, ərzaq və yanacaq çatışmazlığı ilə üzləşdiyi bildirilir.

Associated Press-in məlumatına görə, Şri-Lankanın Xarici İşlər Nazirliyinin sözçüsü Tuşara Rodriqo bildirib ki, ölkəsi hər hansı yardım barədə qərar verməzdən əvvəl milli maraqlarını üstün tutacaq.

O, həmçinin qeyd edib ki, gəmilərə təchizat xidmətləri göstərən şirkətlər ABŞ-ın ikinci dərəcəli sanksiyaları ilə üzləşə biləcəklərindən xəbərdardırlar.

Rəsmisinin sözlərinə görə, İran gəmiləri Şri-Lanka sahillərindən 24 dəniz mili məsafədə lövbər salıblar və su, ərzaq və yanacaq çatışmazlığı barədə məlumat veriblər.

Gəmilərin sahil yaxınlığında qalması İran limanlarına qarşı dəniz blokadasının və ABŞ-ın məhdudiyyətlərinin Asiya sularından geri qayıtmağa çalışan bir sıra İran gəmilərinin hərəkətini çətinləşdirdiyi bir vaxtda davam edir.

“Wall Street Journal” qəzeti daha əvvəl, oktyabrın 1-də dərc etdiyi xəbərdə Şri-Lanka sahilləri yaxınlığında təxminən 20 boş İran neft tankerinin dayandığını yazmışdı. Qəzetin məlumatına görə, həmin gəmilər yanacağa qənaət etmək üçün mühərriklərini söndürüblər.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar