SON XƏBƏRLƏR

Trampdan Ər-Riyad hücumuna sərt reaksiya

2026.10.11, 14:32
Trampdan Ər-Riyad hücumuna sərt reaksiya

Tramp: Ər-Riyad hava limanına hücum dəhşətli idi, husilərə qarşı müharibəyə qoşulmağı nəzərdən keçiririk.

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumunu “dəhşətli” adlandırıb və ABŞ-ın husilərə qarşı müharibəyə qoşulması ehtimalını nəzərdən keçirdiklərini bildirib.

Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla danışacağını deyərək, ölkədə baş verənlərin qəbuledilməz olduğunu vurğulayıb.

ABŞ dövlət katibi Marko Rubio hücumda bir ABŞ vətəndaşının öldüyünü açıqlayıb və Səudiyyə Ərəbistanına dəstəyini ifadə edib.

Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsinin məlumatına görə, hücum nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar