SON XƏBƏRLƏR

Tramp Ərdoğandan kömək istəyə biləcəyini bildirib

2026.10.13, 18:31
Tramp Ərdoğandan kömək istəyə biləcəyini bildirib

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp Yəməndəki husilərə qarşı mübarizə və Səudiyyə Ərəbistanına dəstək məqsədilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəyə biləcəyini bildirib.

Tramp oktyabrın 13-də, çərşənbə axşamı günü husilərin fəaliyyətini tənqid edərək deyib: «Prezident Ərdoğandan kömək istəyə bilərəm. Düşünürəm ki, ondan nə istəsəm, edər».

Bu açıqlama husilərin Səudiyyə Ərəbistanına, eləcə də Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında ticarət gəmilərinə hücumlarının artdığı bir vaxtda səsləndirilib.

Tramp Vaşinqtonun Türkiyədən hansı formada kömək istəyə biləcəyi barədə hələlik ətraflı məlumat verməyib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar