SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı Yəməndə husilərin neft anbarlarını vurub

2026.10.13, 23:32
Səudiyyə Ərəbistanı Yəməndə husilərin neft anbarlarını vurub

Gunaz.tv

Səudiyyə Ərəbistanı oktyabrın 13-də husilərlə qarşıdurmanın kəskinləşməsi fonunda Yəmənin paytaxtı Səna yaxınlığında və Rəs-İsa limanında bu qrupun nəzarətində olan neft obyektlərinə və anbarlarına hava zərbələri endirib.

“Qardian” qəzetinin məlumatına görə, hücumlar husilərin Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumundan sonra həyata keçirilib. Qəzetin məlumatında həmin hücum nəticəsində 13 nəfərin öldüyü, 300-dən çox insanın yaralandığı bildirilir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya zərbələrdən əvvəl mülki əhalini ərazini tərk etməyə çağırıb. Husilərlə əlaqəli media orqanları isə hədəfə alınan neft çənlərinin boş olduğunu iddia ediblər.

Husilər cavab zərbələri ilə hədələyərək Ər-Riyadda Səudiyyə Ərəbistanının “Aramco” şirkətinə məxsus neft obyektlərini hədəfə ala biləcəklərini bildiriblər.

Qarşılıqlı hücumların genişlənməsi Yəməndə müharibənin daha da şiddətlənməsi, eləcə də regionda neft infrastrukturu və enerji daşıma marşrutlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar