SON XƏBƏRLƏR

Tramp: Husilər, ehtimal ki, İranın göstərişi ilə yenidən fəallaşıblar

2026.10.14, 19:31
Tramp: Husilər, ehtimal ki, İranın göstərişi ilə yenidən fəallaşıblar

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp oktyabrın 14-ü, çərşənbə günü səhər saatlarında Yəməndəki husilərin ehtimal ki, İranın göstərişi ilə yenidən fəallaşdıqlarını iddia edib. O, “Truth Social” sosial şəbəkəsində husilərin Səudiyyə Ərəbistanına son hücumlarını pisləyərək, bu addımlarla neftin qiymətini artırmağa çalışdıqlarını bildirib.

Tramp ötən il ABŞ-ın husilərə qarşı həyata keçirdiyi hücumları xatırladaraq, bu qrupun “çox pis davranışını” tənqid edib və onların hərəkətlərini heç vaxt unutmayacağı barədə xəbərdarlıq edib.

Son həftələrdə husilərin Səudiyyə Ərəbistanına hücumlarının artdığı, ölkənin bir neçə şəhərindəki sərnişin hava limanlarının da hədəfə alındığı bildirilir. İran isə bu hücumlarda iştirakını inkar edir və Yəmənlə Səudiyyə Ərəbistanı arasında müharibədən narahat olduğunu bildirir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar